Elmar Mәmmәdyarov: Azәrbaycan terrorizmi pislәyir, multikultural dialoqa önәm verir
Bakı, 5 may, AZӘRTAC
Azәrbaycan terrorizmi pislәyir, multikultural dialoqa önәm verir.
AZӘRTAC xәbәr verir ki, bu sözlәri IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә keçirilən “Dialoqun tәşviqi vә körpülәrin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitәlәr” mövzusunda 1-ci plenar sessiyada xarici işlәr naziri Elmar Mәmmәdyarov deyib.
Nazir bildirib ki, mәdәniyyәtlәr arasında әlaqәlәri güclәndirmәk, multikultural dәyәrlәrә üstünlük vermәklә әmәkdaşlığa nail olmaq mümkündür. O deyib: “Ölkәmiz terrorizmdәn әziyyәt çәkib. Әmәkdaşlıq olmadan ekstremizmlә mübarizәdә uğura nail olmaq mümkün deyil. İslamofobiya hallarına rast gәlinir, terrorizm mәdәniyyәt abidәlәrini hәdәfә alır. Ekstremizmlә mübarizәdә tәhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgә sәylәrlә aradan qaldırmalıyıq. Antiekstremizm cәbhәsi formlaşdırmaq zәruridir. Gәnclәrin terror qruplaşmalarına cәlb edilmәsinin qarşısı alınmalıdır. Bu Forum yeni düşüncәlәr üçün yaxşı әsas yaradacaq. Әminәm ki, dialoq böyük irәlilәyişlәrә nail olmağa kömәk edәcәk”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:16]
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
- 14.10.2026 [15:52]
Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
- 14.10.2026 [14:32]
Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub
- 14.10.2026 [14:30]
Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb
- 14.10.2026 [13:40]
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]