Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmira Axundova: Heydər adının mənası öndə gedən igid deməkdir

Moskva, 12 dekabr (AZƏRTAC). Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) birgə təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir. Rusiyada yaşayan azərbaycanlı tələbələr və gənclər qarşısında çıxış etmək üçün tədbirə Azərbaycanın tanınmış yazıçı-publisisti, ictimai xadimi, ümummilli liderin həyat və fəaliyyəti barədə çoxsaylı kitabların və tədqiqat əsərlərinin, “Heydər Əliyev. Şəxsiyyət və zaman” dördcildliyinin müəllifi, Milli Məclisin deputatı Elmira Axundova dəvət olunmuşdur.

Əvvəlcə ulu öndərin səfirliyin binasındakı barelyefi qarşısına əklil qoyuldu, onun xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq bildirdi ki, Heydər Əliyev böyük lider və müasir Azərbaycanın memarıdır. Səfir dedi ki, ona on il Heydər Əliyevlə işləmək və bu böyük şəxsiyyətdən, böyük insandan dərs almaq, həyat təcrübəsi öyrənmək səadəti nəsib olmuşdur. Heydər Əliyev həmişə və istənilən vəziyyətdə istedadlı gəncləri dəstəkləmək üçün real imkanlar tapmışdır. O xüsusi vurğuladı ki, hamı Heydər Əliyevdən öyrənirdi, çünki Heydər Əliyev şəxsiyyəti formalaşdıran, insanı formalaşdıran, ona oxumaq və gələcəkdə düzgün qərarlar qəbul etmək imkanı verən bir məktəbdir.

Səfir demişdir ki, Heydər Əliyev, həmçinin dövrün mürəkkəbliyinə, Rusiyanın birinci Prezidenti Boris Yeltsinlə münasibətlərin heç də sadə olmamasına baxmayaraq, müasir Rusiya və suveren Azərbaycan arasında münasibətlərin memarı olmuşdur. Səfir vurğulamışdır: “Peşəkar diplomat, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi çox gözəl ali məktəbin məzunu, Azərbaycanın Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarının diktə etdiyi hər bir addımını çox dəqiq ölçüb-biçir və respublikamızın beynəlxalq səviyyədə yerini çox düzgün müəyyən edir”. Səfirin fikrincə, o vaxt müstəqil Azərbaycanın daxili və xarici siyasət strategiyasının qurulması, xüsusən Ermənistanın Azərbaycana təcavüzü və qüvvələrin qeyri-bərabər olması baxımından və Heydər Əliyevdən böyük cəsarət, yüksək peşəkarlıq, böyük vətəndaşlıq məsuliyyəti tələb edirdi. Diplomat sonda demişdir: “Heydər Əliyev insanları, milləti və respublikanı birləşdirərək, Azərbaycanı 1993-cü ildə düşdüyü böhranlı vəziyyətdən çıxara bildi”.

Ulu öndərin həyat və fəaliyyəti barədə nadir tədqiqat əsərinin müəllifi Elmira Axundova çıxışının əvvəlində bildirdi ki, səfirliyin konfrans salonuna toplaşmış auditoriyanın gənclərdən ibarət olduğunu nəzərə alaraq Heydər Əliyev şəxsiyyətinin təşəkkülündən, liderlərin necə yetişməsindən, ulu öndərin fenomenini onun xarakterinin hansı xüsusiyyətlərinin şərtləndirdiyindən söz açacaqdır. O dedi: “Heydər adının mənası öndə gedən igid deməkdir və çox vaxt ad insanın taleyini müəyyən edir”.

E.Axundova Heydər Əliyevin nəsil şəcərəsinə qısa ekskurs edərək bildirdi ki, onda liderlik keyfiyyətləri hələ uşaq ikən özünü büruzə vermişdir və o, qeyri-adi şəxsiyyət kimi formalaşanadək həmişə hər yerdə - həm təhsildə, həm idmanda, həm teatra olan həvəsdə, gördüyü hər bir işdə birinci olmuşdur. 1 nömrəli beynəlmiləl məktəbin Azərbaycan bölməsində təhsil alan Heydər Əliyev rus dilini müstəqil öyrənməyə başlamış, həmişə rus bölməsindəki yaşıdları ilə ünsiyyətə can atmış, rus dilində saysız-hesabsız bədii ədəbiyyat oxumuşdur.

Yazıçı, həmçinin Heydər Əliyevin maraq göstərdiyi əsas sahələrdən biri olan teatrdan danışaraq dedi: “Ulu öndər teatra və teatr sənətinə məhəbbətinə bütün ömrü boyu sadiq qalmış, teatr xadimlərinə və sənət adamlarına həmişə hamilik etmişdir. Teatr siyasi xadim Heydər Əliyevə çox şey vermişdir. Onun çox vaxt improvizəyə söykənən bənzərsiz çıxışlarını, gözəl diksiyasını, şux görkəmini, “hollivud” təbəssümünü hamı vurğulayırdı: dostları və xeyirxahları heyranlıqla, xarici mətbuat təəccüblə, əyalətçilikdən qurtula bilməyən baş katib Qorbaçov başda olmaqla sovet Siyasi Bürosunun yöndəmsiz və qaraqabaq üzvləri isə həsədlə”.

Hələ məktəb illərində hamının lider kimi qəbul etdiyi Heydər Əliyevi həmişə başqa şagirdlərə örnək göstərilməsindən ətraflı söhbət açan yazıçı bildirdi ki, bu fikirlə hamı razılaşırdı. Gəncin əsgəri duruşu, idmançı görkəmi, dözümlülüyü bədən tərbiyəsi və hərbi təlim müəllimlərini həmişə heyran qoyurdu. Sinif yoldaşlarının danışdıqlarına görə, hərbi təlim rəhbəri Akim Abbasov həmişə ona deyirdi: “Sənin böyük gələcəyin var, general olacaqsan”. Yeri gəlmişkən, günlərin bir günü məktəbə atasının kitelində gəldikdən sonra Heydər Əliyevi çox vaxt “general” deyə çağırırdılar.

Ümummilli liderin gənclik illərindən bir çox digər maraqlı epizodlardan gənclərə söz açan E.Axundova qeyd etdi ki, Heydər Əliyev lider olmaq istəyənlər üçün əla örnəkdir. E.Axundova sonda dedi: “Liderlik Heydər Əliyevin alın yazısı idi. Onun bütün xarakteri lider xarakteri idi. Tale onu dəfələrlə sınağa çəkmiş, lakin o, hər bir sınağın odundan-alovundan Səməndər quşutək cəsarətlə çıxmış və daha yüksəklərə qalxmışdır. O demək olar, həmişə zəfər çalırdı. Lakin uğursuzluqlar da olurdu. O, bu uğursuzluqlara elə cəsarətlə sinə gərirdi ki, son nəticədə hər şey onun xeyrinə qurtarırdı. Ən başlıcası isə tarixi missiyasını - Azərbaycanı xilas etmək missiyasını həyata keçirdi”.

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini, o cümlədən Heydər Əliyevin ali məktəblərin rektorları və qəbul imtahanlarında daha çox bal toplamış abituriyentlərlə görüşünü yada saldı. Həmin görüşdə Heydər Əliyev demişdi: “Gənclər bizim gələcəyimiz, bizim sərvətimizdir. Bu, mənim sizin hamınıza vəsiyyətimdir”.

Onun sözlərinə görə, gənclərə gözəl münasibət bəsləyən Heydər Əliyev həm dövlətin, həm də ayrılıqda götürülmüş hər bir insanın perspektivlərini açıq-aydın görən ürəyi geniş, qəlbi açıq insan idi. Heydər Əliyev arzu edirdi ki, Azərbaycan tamamilə müstəqil, çiçəklənən bir ölkə olsun, hər yerdə Azərbaycan haqqında danışsınlar və o, dünya birliyinin ölkələri arasında layiqli yer tutsun. İndi bütün bunlar gözlərimiz qarşısında baş verir. BSU-nun rektoru bildirdi ki, Rusiya paytaxtına, həmçinin Moskva Dövlət Dilçilik Universitetinin 80 illik yubileyi münasibətilə gəlmişdir. Bu universitetin nəzdində dörd il əvvəl azərbaycanşünaslar hazırlayan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılmışdır və fəaliyyət göstərir. K.Abdullayev dedi ki, bundan əvvəl Berlində olmuşdur. Humbold adına Berlin Dövlət Universitetində Azərbaycan Tarixi Mərkəzi açılmışdır. Berlindən Minskə gedərək Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak etmişdir. BSU-nun rektorunun sözlərinə görə, bütün bunlar Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban Əliyevanın, habelə Fondun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın dəstəyi və köməyi sayəsində mümkün olmuşdur. Professor Kamal Abdullayev dedi: “Sevindirici haldır ki, müasir Azərbaycan Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi sayəsində başını dik tutub beynəlxalq tanınma səviyyəsinə çıxır. Biz hələ çox iş görməliyik. Lakin biz doğru yoldayıq. Ulu öndər Heydər Əliyevin bizə vəsiyyət etdiyi yoldayıq”.

Gənclərin nümayəndələri Heydər Əliyev fenomeninin öyrənilməsi baxımından çox maraqlı çıxışlara görə natiqlərə minnətdarlıqlarını bildirdilər.

Rəsmi hissədən sonra ehsan verildi.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH