Elnur Salahov: Ermənistan düzgün mina xəritələrini Azərbaycana verməyib
Şuşa, 20 dekabr, Elmir Səftərov, AZƏRTAC
Biz bu aksiyada həm Ermənistanın ərazilərimizi qanunsuz talamasına, həm də mina terroruna son qoyulmasına etirazımızı bildiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ermənistanın mina terroru nəticəsində zərər çəkmiş Elnur Salahov söyləyib.
O qeyd edib ki, mina partlayışı baş vermiş ərazilərdə ağac əkilməsi çox gözəl təşəbbüs olardı. Bu prosesdə Azərbaycan vətəndaşı olaraq dövlətimizin yanındayıq.
“Ermənistan düzgün mina xəritələrini Azərbaycana verməyib. Buna görə də postmüharibə dövründə xeyli insan minanın qurbanı olub”, - deyə Elnur Salahov bildirib.