Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emmanuel Makronun uğursuzluğu: erməni zərbəsi və ya merə iltifat

Emmanuel Makronun uğursuzluğu: erməni zərbəsi və ya merə iltifat

Paris, 20 iyul, AZƏRTAC

2017-ci ildən Fransada hakimiyyətə gəlmiş Emmanuel Makronun uğursuzluqları bitib tükənmir. Onun prezident seçilməsindən sonra imza atdığı dövlət qalmaqallarının sayı-hesabı yoxdur və bu belə hallar hələ də artmaqdadır. COVID-19 pandemiyası zamanı dövlətin idarəçiliyini aidiyyəti qurumlarla məsləhətləşmədə deyil, “McKinsey”, “Accenture”, “JLL Consulting”, “Roland Berger”, “Deloitte” və sadalamaqla bitməyən digər özəl şirkətlərlə yönəltməyə çalışan Makronun adı ilə bağlı indi yeni qalmaqal üzə çıxıb. Belə ki, Fransa qanunlarına məhəl qoymayan “Uber” kimi bir şirkətin fransız dövlətinin iltifatından necə bəhrələnməsi məsələsi diqqəti cəlb edib. “Le Monde” qızetinin “Uber işi” ilə bağlı dərc etdiyi silsilə məqalələr Fransa Milli Assambleyasını məsələnin araşdırılması ilə bağlı komissiya yaratmağa məcbur edib. Beləliklə, Fransa Milli Assambleyasının “Uber Files” işi ilə bağlı araşdırma komissiyası yaradılıb və həmin komissiyanın hazırladığı 500 səhifəlik hesabat ictimailəşib. Fransız deputatların 6 ay ərzində 120 nəfəri dinləməsi və sorğu-sual etməsi nəticəsində ərsəyə gəlmiş hesabatda “Uber”, eləcə də digər platformaların Fransada fəaliyyət göstərməsində dövlətin nümayiş etdirdiyi mövqe ilə bağlı çoxsaylı disfunksiyalar aşkara çıxarılıb.

Qeyd etməliyik ki, “Uber Files” işi “Le Monde” qəzetinin 2022-ci ilin iyulunda Fransada və dünyada nəqliyyat platformasının yaradılması ilə bağlı dərc etdiyi silsilə məqalələrin bir hissəsidir. Aparılan araşdırmalar bu şirkətin daha çox taksi fəaliyyəti ilə bağlı qanunlardan manipulyasiya yolu ilə necə yayındığını, xüsusilə də E.Makron Fransada hələ iqtisadiyyat naziri olduğu dövrdə onunla yaxın əlaqələrini ortaya çıxarıb.

Araşdırmada bir çox ölkələrdə fəaliyyət göstərən bu beynəlxalq şirkətin ölkə qanunu öz xeyrinə dəyişmək üçün hansı vasitələrdən, çox yüksək səviyyədə təsir oyunlarından və aqressiv üsullardan necə istifadə etdiyi açıb göstərilir. Qəzet “Uber”in daxili məlumatlarına - elektron ünvanlarına, təqdimatlarına, görüşlərlə bağlı protokollarına çıxış əldə etməyə nail olub. “Uber” bir çox ölkələrdə olduğu kimi, Fransada da qanunu öz xeyrinə dəyişdirmək üçün lobbiçilikdən istifadə edib. Şirkət Fransada siyasətçilər və administrasiyanın bütün səviyyələrində əlaqələr qurmaqla kifayətlənməyib, həmçinin lazımi mənbələrlə əlaqələr quraraq strategiyasını gizli şəkildə həyata keçirib.

“Uber Files” E.Makronun “start-up nation” dövrünün naməlum bir hissəsini aşkara çıxarıb. Belə ki, iqtisadiyyat naziri olduğu dövrdə Makron ölkədə əksəriyyətin fikrinə məhəl qoymadan və hökumətdən xəbərsiz olaraq, çoxsaylı hüquqi və vergi araşdırmasının hədəfi olan bu şirkətə dəstək verib. “Uber” 2014-2016-cı illərdə iqtisadiyyat naziri Emmanuel Makronun dəstəyinə arxalanıb və həmin illərdə şirkət onun timsalında Fransada özünün ən yaxşı müttəfiqini tapıb.

Hesabatda Makronun VTC lisenziyası almaq üçün zəruri təlim müddətini azaltmaq üçün nəqliyyat platforması ilə bağladığı müqavilə “böyük manipulyasiya əməliyyatı” kimi qiymətləndirilir. Qeyd olunur ki, Makron prezident seçildikdən sonra da “Uber”in mövqeyini dəstəkləyib, Fransa qanunlarının bəzi maddələrini şirkətin tətbiq etdiyi strategiyaya uyğunlaşdırıb.

Milli Assambleyanın keçirdiyi dinləmələrin nəticəsi təsdiqləyib ki, “Uber” dövlətin ən “dərin qatı”nda müttəfiqlər tapıb... Şirkətlə Emmanuel Makron və onun kabineti arasındakı əlaqələrin intensivliyi qeyri-şəffaf, lakin imtiyazlı münasibətlərə dəlalət edir. Görünən odur ki, ictimai qərarların qəbulunda şəxsi maraqların təsirini müəyyənləşdirmək və qarşısını almaq üçün Fransadakı mövcud sistem son dərəcə acizdir.

Hesabatın hazırlanması zamanı aparılan araşdırmalar nəticəsində əldə olunan məlumatlar Emmanuel Makron ilə “Uber” arasında sövdələşmənin olduğunu təsdiqləyib. Belə ki, “Uber Pop”un qadağan edilməsi müqabilində “Uber” sürücüsü olmaq üçün tələb edilən təlim saatlarının 250-dən 7-yə endirilməsi üçün gizli razılaşma və strategiya hazırlanıb. Həmçinin polis müdaxiləsi zamanı “Uber”in kompüterlərindən məlumatların silinməsi üçün “Casper” adlı proqram təminatı ilə aktivləşdirilən “Kill Switch” cihazının mövcudluğu da sənədləşdirilib. Hesabat, eyni zamanda, axtarışlar zamanı “Uber” nümayəndəsi tərəfindən Emmanuel Makrona göndərilən SMS-ləri də üzə çıxarıb. Həmin dövrdə Fransanın Baş naziri və daxili işlər naziri bu sövdələşmədən xəbərsiz olduqlarını bildiriblər.

Sənəddə göstərilib ki, Mark Makqann “Uber”də lobbiçi kimi fəaliyyət göstərəndə namizəd Makrona pul verib və “Uber” adından pul yığımında iştirak edib. SMS yazışmaları təsdiqləyib ki, E.Makron seçki kampaniyasının maliyyələşdirilməsini təklif etmək üçün “Uber”in Fransa üzrə baş menecerini nahara dəvət edib. Hesabatda “Uber”də işləyən şəxsin sonradan hansı yollarla Fransada nazirlikdə işə başlaması da əksini tapıb.

“Uber işi”nin açılmasında diqqətçəkən məqamlardan biri də bunun məhz “Le Monde” tərəfindən həyata keçirilməsi olub. Belə ki, E.Makronun qalmaqallarının əksəriyyəti əsasən erməni mənşəli əməkdaşların toplaşdığı “Le Monde” və ya “Le Figaro” tərəfindən açıqlanır. E.Makronla bağlı bütün polemikaları vaxtaşırı olaraq məhz bu qəzetlər gündəmə gətirirlər.

Hər iki qəzetin idarə heyətində, eləcə də redaksiyasında erməni icmasının üzvləri var. Hazırkı vəziyyətə nəzər saldıqda söyləmək olar ki, “Le Monde” müvafiq məqalələr dərc etməklə bu məsələni gündəmdə saxlayır. Sanki məqsəd E.Makronu təzyiq altında saxlamaq və onu erməni lobbisinin istəklərini reallaşdırmağa məcbur etməkdir.

Xatırlatmaq yerinə düşər ki, “Le Monde” sosialistlərə yaxınlığı ilə də tanınır. Bəlkə də qəzet Fransada sosialist düşərgəsinin əsas simalarından olan və 2022-ci ildə prezident seçkilərində namizədliyini irəli sürmüş, Ermənistan və erməni icmasına yaxınlığı ilə tanınan An İdalqoya iltifat üçün Makronu hədəfə alıb. Ola bilsin ki, An İdalqo rəqibindən qisas alır. Prezident seçkilərinin birinci turu zamanı 1,75 faiz səs toplamış A.İdalqo seçkilərdən sonra makronistlərə qələbələrini qeyd etməkdə mane də olmuşdu. Paris merinin ölkə Prezidentinə kin saxladığı gizli deyil. A.İdalqo “France 2” televiziya kanalında debatlar zamanı E.Makronun proqramında eşitdiklərinin inanılmaz sosial zorakılıq olduğunu xüsusi vurğulamışdı. O, rəqibindən heyfini çıxmağa fürsət axtarır. Ancaq Paris meri unutmamalıdır ki, erməni icması arxadan zərbə vurmağa alışqandır. Bu gün E.Makronu satanlar, sabah elə A.İdalqonun özünə qarşı çevrilə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib