İQTİSADİYYAT
Energetika naziri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 29 avqust, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Hacıqabul şəhərində vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşların enerji təchizatı, elektrik avadanlıqlarının istismar vəziyyəti, sayğacların quraşdırılması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə Hacıqabul rayonu ilə yanaşı, Bakı, Şirvan, Ağcabədi şəhərləri, Ağdam, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2024 [20:17]
Bakıda Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu keçirilib
- 19.09.2024 [20:00]
® BMT-nin Azərbaycan ofisində COP29-a dair dəyirmi masa keçirilib
- 19.09.2024 [19:54]