Ərdoğan: Türkiyə F-16 məsələsində ABŞ-dan qarşılıq gözləyir
Bakı, 19 dekabr, AZƏRTAC
Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun parlament tərəfindən təsdiqlənməsi müqabilində Ankaraya F-16 qırıcılarının satışı ilə bağlı ABŞ-dan qarşılıq gözləyir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə dekabrın 18-də rəsmi səfərdə olduğu Macarıstandan qayıdarkən jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ankara, həmçinin İsveçin terrorla mübarizəyə dair verdiyi vədləri yerinə yetirməsini istəyir.
“Hesab edirəm ki, həm F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü, həm də Kanadanın öz vədlərini yerinə yetirmək məsələsində gözlədiyimiz pozitiv dəyişikliklər parlamentin bu istiqamətdə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, biz İsveçin Vilnüsdə verdiyi vədlərin həyata keçiriləcəyini gözləyirik və hadisələri diqqətlə izləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]