Ermənistan hökuməti taxıl məhsullarının ixracına qadağa qoyub
Tbilisi, 26 iyun, AZƏRTAC
Ermənistan hökuməti ölkədən bir sıra malların Avrasiya İqtisadi Birliyi (Aİİ) ölkələri istisna olmaqla, digər ölkələrə ixracını qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu qərarla bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən buğda, arpa, qarğıdalı, qarabaşaq yarması, günəbaxan tumu və günəbaxan yağının ixracı 6 ay müddətinə qadağan ediləcək.
Bildirilir ki, bu malların yerli istehsalı Ermənistan bazarının ehtiyaclarını ödəmir və bu ehtiyaclar əsasən idxal həcmləri hesabına ödənilir.
Qərarla müəyyən edilmiş qadağa Ermənistandan “Reeksport” gömrük proseduru ilə aparılan mallara şamil olunmayacaq.
Yerli iqtisadçı ekspertlərin fikrincə, Ermənistan taxıl və ərzaq qıtlığı ilə üz-üzədir. Ermənistan hökuməti bu yolla taxıl qıtlığının qarşısını almağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]