Ermənistan sərhədboyu kəndlərin mühafizəsinə mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklərin” mühafizəyə cəlb olunması bizim üçün yeni xəbər deyil.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhədində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb.
Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir.
Bunun əksinə olaraq, Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib. Şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]