Ermənistan silahlı qüvvələrinə məxsus kazarmada yanğından sonra korpus komandiri vəzifəsindən azad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinə məxsus kazarmada 15 nəfər hərbi qulluqçunun həlak olması ilə nəticələnmiş yanğından sonra ikinci ordu korpusunun komandiri tutduğu vəzifədən azad edilib.
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, yanvarın 19-da saat 01:30 radələrində Qeqark vilayətinin sərhədyanı Azat kəndində yerləşən N saylı hərbi hissənin mühəndis-istehkamçılar bölüyünün yerləşdiyi ərazidə yanğın baş verib. Yanğının səbəbləri hələ məlum deyil. İlkin məlumata görə, hadisə nəticəsində 15 hərbi qulluqçu həlak olub, daha 3 nəfər ağır yaralanıb.
Müxtəlif dərəcəli yanğın xəsarətləri alanlar Vardenis tibb mərkəzinə yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]