Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
Qeyd edək ki, bu, son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.