Ermənistanda 15 hərbçinin ölümü ilə nəticələnmiş yanğının səbəbi açıqlanıb
Bakı, 19 yanvar, AZƏRTAC
Ermənistanda hərbi hissədəki yanğına kazarmanın qızdırılmasında qaydalara zidd olaraq benzindən istifadə edilməsi səbəb olub.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
Mühəndis-snayper kazarmasında yanvarın 19-na keçən gecə baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan üçünün vəziyyəti ağırdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, respublika prezidenti onun təklifi ilə ikinci ordu korpusunun komandanı Vaqram Qriqoryanın vəzifədən kənarlaşdırılması barədə fərman imzalayıb. Ermənistan müdafiə nazirliyi isə əlavə edib ki, ikinci ordu korpusunun bir sıra digər yüksəkrütbəli şəxsləri də vəzifələrindən azad olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]