Ermənistanda 2027-ci ildə konstitusiya islahatı planlaşdırılır
Bakı, 29 avqust, AZƏRTAC
Ermənistanda 2027-ci ildə konstitusiya islahatı ilə bağlı referendum keçirilməsi planlaşdırılır.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, bunu ədliyyə naziri Qriqor Minasyan deyib.
“Bizə konstitusiya dəyişiklikləri deyil, yeni bir konstitusiya lazımdır. Müzakirə etdik və bu məsələdə konsensusa gəldik”, - deyə o bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da demişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var və bununla bağlı referendum keçirilməlidir.
Qeyd edək ki, İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanmasına mane olan əsas amillərdən biri məhz Ermənistanın mövcud konstitusiyasıdır. Çünki həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]