ERMƏNİSTANDA UŞAQ HÜQUQLARININ BAŞ MÜDAFİƏÇİSİ ÖLDÜRÜLDÜ
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Ermənistanda tanınmış sahibkar, Uşaqların Hüquqlarını Müdafiə Təşkilatının başçısı Aleksandr Givoyev qətlə yetirilmişdir. Cinayət yerinə gələn əməliyyat-axtarış qrupu Givoyevin bədənində odlu silah yaraları aşkar etmişdir.
Məlum olmuşdur ki, uşaq hüquqlarının baş müdafiəçisi ailəsi ilə birlikdə şəxsi avtomobilində Gümrü tərəfə gedirmiş. O, yolda bazarlıq etmək üçün dayandıqda, nömrə nişanları olmayan VAZ-2109 markalı avtomobil ona yaxınlaşmış və naməlum bir şəxs biznesmeni avtomat atəşinə tutmuşdur.
Givoyev yerindəcə keçinmişdir. Satıcı qadın da aldığı yaralardan ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]