“EŞQ VƏ ÖLÜM, YAXUD ÖLÜMLƏ RƏQS EDƏN MƏHƏBBƏT” BALETİ SANKT-PETERBURQDA GÖSTƏRİLƏCƏK
“Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış xoreoqrafik əsərə Avropa Balet Akademiyasının professoru Vəkil Usmanov quruluş vermişdir. Əsas rolları xalq artisti Təranə Muradova, əməkdar artistlər Gülağası Mirzəyev, Yuri Lobaçov, Rüfət Xəlilzadə, “Qızıl Dərviş” mükafatı laureatları Kamilla Hüseynova, İslam İslamov, Samir Səmədov ifa edəcəklər. Baletin musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı xalq artisti, dövlət mükafatı laureatı Rafiz İsmayılov, işıq rəssamı Yelena Drevalyeva (Moskva), kostyumlar üzrə usta-modelyer Qalina Badayevadır ( Moskva).
Qeyd edək ki, əsrimizin ilk baletinin ilk tamaşası dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]