Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşqə sədaqətli, Vətənə məhəbbətli şairin bənzərsiz abidəsi

Bakı, 13 yanvar, AZƏRTAC

Bu gün Bakımızın qədimliyini özündə hifz edən İşərişəhərdəki şair Əlağa Vahidin tunc abidəsinin (müəllifləri Natiq Əliyev və Rahib Həsənov, memarı-Sənan Salamzadə) Azərbaycan heykəltəraşlığının ən maraqlı və orijinal biçimli əsəri olması danılmazdır. Onun yaranma tarixçəsinə və təhlilinə keçməzdən öncə deməliyik ki, əslində özünəməxsus yaradıcılığı ilə poeziyamızda “Vahid” kimi tanınan söz xiridarının abidəsi məhz belə - başqalarından fərqli, yeni və bənzərsiz olmalıydı.

Zamanın sındıra bilmədiyi böyük sənətkar

Tanışlıq üçün deyək ki, ilk şeirini ölkəmizin sovetləşməsindən əvvəl çap etdirən məhəbbət şairinin kommunist-bolşevik rejiminin hakim olduğu bir məkanda baş tutan yaradıcılığının qırmızı bayrağa bələnmiş ideologiyaya nə bağlılığı, nə də ehtiramı olub. Elə əksər müasirlərindən fərqli olaraq ömrü boyu mövcud quruluşa mədhiyyələr söyləməkdən uzaq olması da ona sonsuz el məhəbbəti qazandırıb. Zamanında respublika rəhbəri ilə görüşündə təkcə “Nöyütlü şalban, mən sənə qurban” cümləsi ilə mövcud quruluşun uğurlarını belə tərənnüm etməyəcəyini bəyan edən şairin bu seçiminə hörmətlə yanaşılmışdı. M.C.Bağırov nə qədər əzazilliyi ilə tanınsa da, qəzəlxan-şairin bu mərdanə “tərənnümü”nü də normal qarşılamışdı. Obrazlı desək, hökmdar onun qarşısında kimin durduğunun fərqində olmuşdu. 1943-cü ildə mövcud ideologiyaya rəğbəti olmayan Ə.Vahidin “Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsi də onun istedadının rəsmi şəkildə dəyərləndirilməsi sayıla bilər. Bundan 20-25 il sonra digər respublika rəhbərinin çoxları kimi böyük vəzifəsi və mükafatları olmayan şairin xalqın tələbi ilə Fəxri xiyabanda dəfn olunmasına razılıq verməsinin kökündə də, onun “vahid”liyinin böyük bir mənəvi dəyərə - el sevgisinə bələndiyi durmuşdu. Xalqın bu təkidinin mayasında isə daha çox sevgi şeirləri ilə məşhurlaşan qəzəlxanın vətənə və onun insanlarına sonsuz məhəbbəti dururdu...

Bu mənada böyük qəzəlxanın abidəsinin yaradıcıları 1989-cu ildə sevimli sənətkara Bakıda heykəl ucaltmaq arzusu ilə yaşayan Vahidsevərlərdən sifariş alanda, şairin el arasında heç vaxt azalmayan nüfuz və şöhrətindən, yəqin ki, xəbərdar idilər. Adətən ölkə paytaxtında müəyyən abidənin ucaldılması nəzərdə tutulanda bu barədə hökumətin rəsmi qərarı olardı. Amma bu heykəlin ucaldılması prosesinə heç bir rəsmi göstəriş olmadan başlanmışdı. Abidənin təşəbbüskarları və maddi dəstək verənləri də sadəcə Əlağa Vahidin pərəstişkarları idilər...

Heykəltəraşlıq tarixində büstün abidələşdirilməsi nümunəsi kifayət qədərdir. Amma etiraf edək ki, Azərbaycanda ərsəyə gətirilən bu heykəlin dünya təcrübəsində oxşarı yoxdur. Belə ki, aydın baxışlarını tamaşaçısına zilləyən iri şair portretinin üzərinin relyeflərlə bəzədilməsi, eləcə də tunc portretin dəbdəbəli kürsü üzərinə qoyulmaması gözlənilməz və təəccüb doğuran idi. Amma reallıqda vurğuladığımız bu bədii-estetik məziyyətlər abidə müəlliflərinin ölməzliyini sağlığında qazanan şair barəsində dolğun söz demək istəyinin əyani görüntüsü idi.

Abidənin forma-biçim orijinallığı - “Böyük
Füzulimizin yadigarı mən özüməm”

Abidənin “qəribəliyi”ni şərtləndirən başlıca səbəblərdən biri də onun ənənəvi kürsü üzərində olmamasıdır. Memar Sənan Salamzadədən gələn bu cür məkan həllinin kökündə, ilk növbədə, portretdə ifadə olunanlarla estetik bağlılığın əldə olunması dururdu. Bizimlə söhbətində də o, bunu bir daha vurğulayaraq, heykəlin “qəribəliyi”nin bəzi sirlərini də bölüşdü. Bildirdi ki, əslində, abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qanaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən “göyərdilməsi” - davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Bütün süjetlərin həm də ağac tutumlu olan portretdə həkk olunması da ideyanın məntiqli davamı və uğurlu nəticəsi kimi qəbul olunur...

Əlavə edək ki, doğrudan da görünənlərdə bütün yaradıcılığı ərzində doğma yurda sevgisini sərgiləməkdən usanmayan şairi boya-başa çatdığı torpağa və böyük Füzuliyə bağlamaq yönündə tapılan cəlbedici və yaddaqalan bədii həll çox orijinaldır. Bu mənada müəlliflərin tunc portret-abidənin birbaşa torpaq üzərinə qoyulmasını nəzərdə tutan orijinal ideyalarını abidənin ən yaxşı bədii təcəssümü saymaq olar. Ümumi kompozisiyada yerlə portretin başlanğıcını təşkil edən köklərin və pöhrələrin əlaqələndirilməsi çox məntiqli bədii tapıntı olmuşdur. Bütünlükdə, bu abidəni çoxəsrlik tarixə və bədii ənənələrə malik Azərbaycan heykəltəraşlığına layiqli töhfə saymaq olar...

Yaradıcı heyətin üzvlərindən biri o vaxta qədər istedadını M.S.Ordubadi, A.Şaiq və X.B.Natəvanın memorial abidələrində nümayiş etdirən və plastikanın bu janrına yeni nəfəs gətirdiyini sərgiləyən Natiq Əliyev idi. Onun 1989-cu ildə respublika Gənclər Mükafatına layiq görülməsinin sifarişçilərdə onun istedadına inamı gücləndirməklə, heykəltəraşın bu sifarişin icraçılarından birinə çevrilməsini şərtləndirmişdi. Abidənin plastik həllinə həm də daha çox keramik işləri ilə tanınan Rahib Həsənov cəlb olunmuşdu. Heykəlin memarlıq həlli isə Sənan Salamzadəyə tapşırılmışdı.

Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlandı. Həmin üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapıldı. Onun tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutdu. 1990-cı il oktyabrın 27-də abidənin M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yanındakı bağda təntənəli açılışı keçirildi...

Sonradan müəyyən səbəblərdən İçərişəhərə köçürülən bu abidə ilk gündən maraqla qarşılanmış, orijinallığı ilə seçilən plastikası hətta mübahisələrə də səbəb olmuşdu. Heç şübhəsiz, bunun başlıca səbəbi Azərbaycan məkanında bu cür gözlənilməz bədii-plastik tutuma malik olan əsərin ortaya qoyulması idi. Ona görə də həmişə olduğu kimi, bu vaxta qədər görmədiklərimizlə qarşılaşmağımız üçün bu tunc heykəl çoxlu suallar doğurmuşdu.

Ötüb keçənlərin təhlili göstərir ki, onun taleyinin müsbət sonluqla bitməsində zaman amilinin duyulası rolu olmuşdur. Bu gün qətiyyətlə demək olar ki, Əlağa Vahidin bu cür gözlənilməz, bir az da qəribə forma-biçimə malik olan abidəsi nə 1990-cı ildən əvvəl, nə də sonrakı dövrdə qoyula bilməzdi. Belə ki, bir vaxtlar N.Nərimanovun Bakıdakı heykəlinin S.M.Kirovun abidəsindən uca olmasına onun kürsüsünü kəsib azaltmaqla nail olanlar, bu dəfə də Ə.Vahidin “sosialist realizmi” bədii prinsipinə uyğun gəlməyən heykəlinin yerli-dibli ictimailəşməsinə imkan verməzdilər. Amma Bakıda baş verən 20 Yanvar faciəsi həm yerli, həm də Kreml rəhbərlərinin və ideoloqlarının dilini gödək etmişdi. Ona görə də heykəl elə sovet dönəmində ictimaiyyətə təqdim olundu. Əslində bədii-estetik həlli sənətkar təxəyyülünün sonsuzluğunu əyaniləşdirən bu abidəyə irad tutulası bir şey də yoxdu...

Təsvir-relyeflərin xüsusi incəliklə işlənməsi onun
bütövlüyünü şərtləndirib

Hələ tələbə ikən əldə etdiyi çoxsaylı bədii-texniki vərdişləri plastikanın inandırıcılıqdan irreallığa qədər uzanan estetikasına bələyən Natiq Əliyev və Rahib Həsənov abidənin ümumi siluetinin bir qədər “aldadıcı” olmasına tamaşaçıları inandıra biliblər. Odur ki, abidəyə yaxınlaşanlar dərhal onun ətrafını dolaşmağa və şairin portretinin üst qatını - fakturasını təşkil edən relyeflərə baxmağa, mənalandırmağa və dəyərləndirməyə çalışırlar. Sənət növü kimi üçölçülü olan heykəlin ilk dəfə öz missiyasını bütün dolğunluğu ilə sərgiləməyə qadir olduğuna inanırlar. Başqa sözlə desək, ilk dəfə idi ki, Azərbaycan heykəltəraşlığında obraz fas görünüşü ilə yanaşı, yanları və arxasında hifz olunan dərin məna-məzmunlu təsvirlərin sayəsində düşündürücü qaynağa çevrilmişdi. Təsvir-relyeflərin xüsusi incəliklə işlənilməsi onların ahəngdarlığı ilə yanaşı, bütövlüyünü də şərtləndirmişdi...

Müəlliflərin bu relyeflər üçün seçdikləri mövzular da kifayət qədər sadədir. Onların sağlığında haqlı olaraq xalq məhəbbəti qazanmış şairin də vaxtaşırı şahidi olduğu toy və yas mərasimlərini ümumi kompozisiyanın məna-məzmun daşıyıcısı seçmələrində də məntiq vardı. Əslində, toylu-yaslı bu motivlər öz-özlüyündə çox müxtəlif süjetlərlə zənginləşdiyindən, onlar haradasa Vahid poeziyası ilə səsləşən kimi görünürdülər. Portretin boğazını müxtəlif formalı ağacların gövdələri ilə əhatələyən müəlliflər onların üzərindəki sahədə toy-yas mərasimini təqdim etmişlər.

Məzmunca çox təzadlı olan bu iki motivin mərkəzini Füzuli və Vahid poeziya məktəblərinə həsr olunmuş yığcam kompozisiyalar təşkil edir. Burada həmin məktəbin təmsilçiləri olan müxtəlif şairləri bir masa ətrafında görmək mümkündür. Portretə qarşıdan baxışda sağda toyu, solda isə yas mərasiminin süjetlərini görmək mümkündür. Toy adamlarının xonçalarla, yaslı insanların tabutlu təsvirləri ilə başlanan bu iki təzadlı kompozisiya, sonradan onların ruhuna uyğun çox müxtəlif motivlərin təsviri ilə davam etdirilir. Sağda musiqiçilərin, solda isə ağı deyənlərin təsvirlərində də ümumi mövzuya rəng qatacaq bədii-psixoloji məqamlar duyulmaqdadır. Hər iki mövzunun açımında iştirak edən fiqurların plastikasında da insan yaşantılarını qabardan bədii-estetik məqamlar kifayət qədərdir. Şairin üz cizgiləri də təbiətdən götürülmüş ayrıntılardan ibarət olduğundan, bütünlükdə portretin digər hissələri ilə ahəngdarlıq təşkil edir...

Bənzərsiz yaradıcılıq nümunələri ilə Azərbaycan poeziyasında yeni səhifə açan Əlağa Vahid bu gün də müasir görünür. Ruhlara mənəvi qida verən şairin insan yaşantılarına obrazlı güzgü tutan qəzəllərinin bu gün də dillər əzbəri olması bunun təsdiqidir. Ölkə Prezidenti İlham Əliyevin böyük sənətkarın 120 illik yubileyinin qeyd edilməsi haqqında 2015-ci il martın 18-də imzaladığı Sərəncamı da şairə olan ümumxalq sevgisinin və ona olan rəğbətin ifadəsi sayıla bilər.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib