Estoniya millisinin sabiq qapıçısı: Azərbaycanda futbolun səviyyəsi yüksəkdir
Bakı, 29 iyul, AZƏRTAC
İşlərimlə əlaqədar "Payde"nin son oyununu izləyə bilmədim. Komandanın yaxşı nəticə əldə etdiyini deyə bilərəm. Bir qol vurdular və qapını toxunulmaz saxladılar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Estoniya millisinin sabiq qapıçısı Pavel Londak UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və “Payde” komandaları arasında keçiriləcək cavab oyunu ilə bağlı danışarkən deyib.
Vaxtilə Azərbaycan çempionatında çoxlu estoniyalı futbolçunun çıxış etdiyini xatırladan veteran qolkiper Estoniya təmsilçisini Bakıda çətin qarşılaşmanın gözlədiyini bildirib: "Əminəm ki, səfər oyunu çox çətin keçəcək. Azərbaycanda futbolun səviyyəsi yüksəkdir, komandalar texnikalı oyuna üstünlük verirlər. Bundan əlavə, isti hava şəraiti və azarkeşlərin güclü dəstəyi "Payde"nin futbolçularına ciddi təsir göstərə bilər. Buna baxmayaraq, komandamızın mübarizə apararaq növbəti mərhələyə yüksələcəyinə ümid edirəm”.
Qeyd edək ki, “Zirə” – “Payde” oyunu iyulun 30-da Sumqayıtda təşkil olunacaq. İlk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]