ESTONİYA PARLAMENTİNİN DEPUTATLARI TALLİNDƏKİ ZƏRİFƏ ƏLİYEVA ADINA ESTON-AZƏRBAYCAN UŞAQ BAĞÇASINDA OLMUŞLAR
Bakı, 21 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Tallində fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Eston-Azərbaycan uşaq bağçasında Estoniya parlamentinin bir qrup deputatı ilə görüş keçirilmişdir. Eston parlamentinin “Tallində fəaliyyət göstərən təşkilatların inkişafı proqramı” çərçivəsində gerçəkləşən bu görüşdə Reform İqtidar Partiyası fraksiyasının rəhbəri xanım Keit Pentus, keçmiş milli münasibətlər naziri Paul Eerik Rummo və digər deputatlar bağçanın fəaliyyəti ilə tanış olmuş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişlər.
Görüşün sonunda tədbir iştirakçıları akademik Zərifə Əliyevanın büstü qarşısında xatirə şəkli çəkdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]