Estoniya Prezidenti rusların və belarusların seçkilərdə iştirakına qoyulan qadağanı təsdiqləyib
Bakı, 9 aprel, AZƏRTAC
Estoniya Prezidenti Alar Karis respublikada daimi yaşayan Rusiya və Belarus vətəndaşlarını yerli seçkilərdə səsvermə hüququndan məhrum edən dəyişikliklər haqqında Konstitusiyaya qanununu təsdiqləyib.
AZƏRTAC Estoniya mediasına istinadla xəbər verir ki, prezident yerli seçkilərdə yalnız Estoniya və Avropa İttifaqı vətəndaşlarının səs verə bilməsi ilə bağlı qərarı legitim adlandırıb.
Xatırladaq ki, martın 26-da Estoniya parlamenti ölkədə daimi yaşayan Rusiya və Belarus vətəndaşlarının səsvermə hüququna xitam verilməsi barədə respublika Konstitusiyasına dəyişiklik edən qanunu qəbul edib. Beləliklə, ruslar və belaruslar yerli idarəetmə orqanlarına oktyabrın 19-na təyin edilmiş seçkilərdə iştirak edə bilməyəcəklər.
Bu seçkilər, həmçinin vətəndaşlığı olmayan şəxslərin səs verə biləcəyi sonuncu seçki olacaq və növbəti seçkilərdən başlayaraq onlar da səsvermə hüququnu itirəcəklər.
Estoniya Daxili İşlər Nazirliyinin 2024-cü il noyabrın 1-nə olan məlumatına görə, ölkədə 78 min 623 nəfər Rusiya, 2 min 667 nəfər Belarus vətəndaşı və yaşamaq icazəsi olan, lakin vətəndaşlığı olmayan 60 min 517 şəxs yaşayır. Ümumilikdə isə Estoniyanın 1,3 milyondan bir qədər çox əhalisi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]