Estoniyada azərbaycanlıların sayı artmışdır
Tallinn, 17 sentyabr (AZƏRTAC). Estoniyada əhalinin siyahıyaalınmasının ilkin nəticələrinə görə, ölkədə 192 millətin nümayəndələri yaşayır. Ən çoxsaylı etnik qruplara estonlar, ruslar, ukraynalılar, belaruslar və finlər daxildir.
Estoniyanın daimi sakinlərinin 68,7 faizini estonlar, 24,8 faizini ruslar, 1,7 faizini ukraynalılar təşkil edirlər. Belaruslar və finlər əhalinin 1 faizi qədərdir. Estoniyada təmsilçilərinin sayı 100-dən çox olan 37 millətin nümayəndəsi yaşayır.
Əvvəlki siyahıyaalma ilə müqayisədə azərbaycanlıların, gürcülərin, isveçlərin, ingilislərin, amerikalıların, italiyanların, fransızların, hollandların və çinlilərin sayı artmışdır.
Estoniya ərazisində əhalinin siyahıyaalınması 1881-ci ildən aparılır. Sonuncu belə qeydiyyat 2000-ci ildə keçirilmişdir. Növbəti siyahıyaalma 2020/2021-ci illərə nəzərdə tutulmuşdur.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]