ESTONİYADA BEYNƏLXALQ KUKLA TEATRLARI FESTİVALI KEÇİRİLİR
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də Estoniyanın Vilyandi şəhərində Beynəlxalq Kukla Teatrları festivalı açılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Estoniyada fəaliyyət göstərən Eston-Azərbaycan Kukla Teatrı festivalda Rauf Avşarın “Ölüm rəqsi” tamaşası ilə iştirak edir.
Bundan başqa, Qax rayonunda fəaliyyət göstərən Dövlət Kukla Teatrı da həmin teatrın dəvəti ilə festivalda iştirak edir. Qax Dövlət Kukla Teatrının festivalda iştirakını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirmişdir. Teatr festivalda “Tülkünün uçuşu” tamaşasını nümayiş etdirəcəkdir. Tamaşanın rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi İsako Zeynalaşvilidir.
Tədbirdə Polşa, Latviya, Litva və digər ölkələrin kukla teatrları da iştirak edir. Festival mayın 24-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]