Estoniyada koronavirusa yoluxanların sayı 13-ə çatıb
Tallinn, 11 mart, AZƏRTAC
Şimali İtaliya və Fransadan Estoniyaya gələn daha iki nəfərdə koronavirus aşkar edilib. Bir qədər sonra virusa yoluxma haqqında daha bir məlumat əldə olunub. Beləliklə, Estoniyada koronavirus infeksiyasına yoluxanların sayı 13-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Estoniya Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, koronavirusa Fransada yoluxmuş şəxs Cenevrədən Helsinkiyə, oradan da Tallinə uçub. Onunla yaxın təmasda olan insanlara xəbərdarlıq edilib.
Nazirlik virusa yoluxan 13 nəfərin vəziyyətinin sabit, xəstəliyin isə olduqca yüngül formada olduğunu bildirib. Onlardan yalnız biri xəstəxanada olsa da, onun həyatı təhlükə altında olmadığı bildirilir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]