Estoniyanın Baş naziri əhalini evdə qalmağa çağırıb
Tallin, 1 mart, AZƏRTAC
Xahiş edirəm, evdə qalın. Kim distant şəkildə işləyə bilirsə, işləsin. Rica edirəm, təmasları azaldın. Lütfən, digər insanlardan uzaq durun. Estoniyada virusun yayılması çox yüksək olduğundan bu infeksiyanın yayılmasını birlikdə durdurmalıyıq. Hökumət bunu təkbaşına edə bilməz, çünki insanlar virusu yaymağa davam edir və yalnız biz özümüz virusun yayılmasını durdura bilərik.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu sözləri ölkənin Baş naziri Kaya Kallas xalqa müraciətində söyləyib.
Bəziləri məhdudiyyətlərin çox sərt olduğunu, bəziləri isə çox yumşaq olduğunu hesab edir. Lakin insanlar məhdudiyyətlərə riayət etmədikdən sonra onların sərtliyi heç bir işə yaramayacaq. Biz bunu Avropanın digər ölkələrinin nümunəsində görmüşük deyən Kaya Kallas bu həftədən etibarən Estoniyada yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini xatırladıb.
Estoniyanın Baş naziri bildirib ki, koronavirus hər tərəfdə yayılır və insanların üçdə birindən çoxu virusa harada yoluxduğunu bilmir. Bütün bunları nəzərə alaraq qərar verdik ki, məhdudiyyətlərə riayət olunmasına nəzarəti gücləndirəcəyik və qayda pozuntuları cərimələrlə müşayiət olunmalıdır.
O, xəstəliyi daha ağır formada keçirən yaşlı insanların həyatını xilas etmək naminə gənclərin özlərini məhdudlaşdırmalı olduğunu da vurğulayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]