Ətraf mühitlə bağlı treninq proqramı keçirilir
Bakı, 19 may (AZƏRTAC). ATƏT-in Bakı ofisi və “Ekosfera” Sosial Ekoloji Mərkəzi “İqlim dəyişikliyi və inkişaf” Qeyri-Hökumət Təşkilatları (QHT) alyansının təmsilçiləri üçün 3 günlük treninq proqramının icrasına başlamışdır.
“Ekosfera” Sosial Ekoloji Mərkəzin rəhbəri Firuzə Sultanzadə AZƏRTAC-a bildirmişdir ki, təlimin məqsədi “İqlim dəyişiklikləri və İnkişaf” QHT alyansı təmsilçilərinin fəaliyyətinin gücləndirilməsi, xüsusilə də iqlim dəyişikliyi sahəsində institutsional inkişafın dəstəklənməsidir.
Treninqlərdə “Qlobal iqlim dəyişiklikləri və Azərbaycanın bitki genetik ehtiyatlarının qorunması”, “Ətraf mühitin qorunmasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rolu” mövzularında çıxışlar dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]