ETSN “Heydər zirvəsi”nə qalxan yürüş iştirakçılarını birdəfəlik giriş haqqından azad etmişdir
Bakı, 1 may (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Şahdağ Milli Parkının ərazisindəki “Heydər zirvəsi”nə mayın 4-dən 11-dək kütləvi yürüşlərin təşkilinə dair müxtəlif təşkilatlardan müraciətlər daxil olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının məktubunda 241, Azərbaycan Respublikası Alpinizm Federasiyasından isə 75 nəfərin yürüşlərdə iştirak edəcəyi bildirilmişdir.
Nazirliyin aidiyyəti qurumları tərəfindən Xınalıq kəndi ərazisindən “Heydər zirvəsi”nə gedən müvafiq marşrut yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilmişdir.
ETSN-in əmrinə əsasən “Heydər zirvəsi”nə yürüşlərdə iştirak edənlər birdəfəlik giriş haqqından azad edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]