“Euronews” Bakı Şopinq Festivalı haqqında süjet hazırlayıb
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qurum Avropanın “Euronews” telekanalı ilə əməkdaşlıq edərək “Destination” proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub.
Verilişdə Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda məlumat verilməklə yanaşı, iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmasının bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.
Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə turizm axınının artması üçün bu cür tanıtım və təbliğat materialları təşkil etməkdə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]