Eyfel qülləsi 9 aylıq fasilədən sonra yenidən ziyarətçiləri qəbul edir
Paris, 16 iyul, AZƏRTAC
Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir.
AZƏRTAC xəbər verir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki gündəlik ziyarətçilərinin yarısını və ya 13 000 ziyarətçi qəbul edəcək. Qüllənin 350 işçisi bu günü səbirsizliklə gözləyirdi.
Fransada mədəniyyət və əyləcə mərkəzlərində olduğu kimi iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də sanitar sənəd tələb olunacaq.
Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]