Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAO: Fevral ayı ilə müqayisədə martda qlobal ərzaq qiymətləri sabit olub

FAO: Fevral ayı ilə müqayisədə martda qlobal ərzaq qiymətləri sabit olub

Bakı, 4 aprel, AZƏRTAC

Mart ayında dünya ərzaq qiymətlərinin ümumi göstəricisi fevral ayı ilə müqayisədə demək olar ki, dəyişməyib, ət və bitki yağlarının bahalaşması dənli bitkilər və şəkərin ucuzlaşması ilə kompensasiya olunub.

AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, 2025-ci ilin mart ayında FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta göstəricisi fevral ayı ilə müqayisədə demək olar ki, dəyişməz qalaraq 127,1 bənd təşkil edib. Ət və bitki yağları üzrə qiymət indekslərinin artımı, dənli bitkilər və şəkər üzrə indekslərin azalması ilə balanslaşıb, süd məhsulları üzrə qiymət indeksi isə sabit səviyyədə qalıb.

Belə ki, süd məhsulları üzrə sabit qiymət indeksi mart ayında 148,7 bənd səviyyəsində qalaraq fevraldakı səviyyəsində qərarlaşıb. Bununla belə, pendir qiymətləri azalsa da, quru süd və kərə yağı qiymətlərində artım müşahidə olunub. Kərə yağı artıq üçüncü aydır ki, bahalaşır və qiymət indeksi ötən ayla müqayisədə 3,9 faiz artıb. FAO bildirir ki, bu artıma bazarda tələbatın yüksəlməsi və Okeaniya ölkələrindən mövsümi tədarüklərin azalması səbəb olub.

Ətin qiymətlər indeksi isə cəmi 1 bənd (0,9 faiz) artaraq 118 bəndə çatıb. Bu artım əsasən donuz və qoyun ətinin bahalaşması ilə əlaqəlidir. Quş əti qiymətləri isə sabit qalıb, baxmayaraq ki, bəzi istehsalçı ölkələrdə quş qripi pandemiyası davam edir.

Ən çox artım bitki yağları üzrə qiymət indeksində müşahidə olunub, belə ki, bu indeks ötən ay 161,8 bənd təşkil edərək, fevral ayına nisbətən 5,8 bənd (3,7 faiz) artıb. Təşkilatdan bildirilib ki, palma yağının qiymətləri artıq iki aydır ki, artır. Buna səbəb Cənub-Şərqi Asiya ölkələrindən təklifin azalmasıdır. Raps, soya və günəbaxan yağının qiymətləri də yüksək qlobal tələbat və təklifin azalması fonunda artıb.

Ən kəskin azalma isə dənli bitkilər üzrə indeksdə müşahidə olunub. Belə ki, bu indeks 2,9 bənd və ya 2,6 faiz azalaraq 109,7 bəndə düşüb. Bütün növ düyülərin qiymət indeksi isə 1,7 faiz enib ki, bu da yüksək ixrac təklifi və zəif idxal tələbi ilə əlaqələndirilir.

Şəkər üzrə qiymət indeksi isə yalnız 1,6 bənd (1,4 faiz) azalaraq 116,9 bəndə düşüb. FAO qeyd edir ki, buna səbəb Braziliyada şəkər qamışının məhsuldarlığı ilə bağlı narahatlıqlardır. Baxmayaraq ki, Braziliyada əsas istehsal rayonlarında uzunmüddətli quraqlıqdan sonra yağışlar yağıb, bu, narahatçılıqların aradan qalxmasına təsir etməyib.

FAO-nun proqnozlarına görə, dünyada dənli bitkilərin istehsal həcmi 2024-cü ildə 2849 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 0,3 faiz azdır, lakin əvvəlki hesablamalarla müqayisədə yüksəkdir. Bu artım, əsasən, Avstraliya və Qazaxıstanda buğda istehsalının gözləniləndən çox olması ilə bağlıdır.

Təşkilatın 2024–2025-ci illər mövsümündə dünyada düyü istehsalı üzrə proqnozu demək olar ki, dəyişməz qalaraq 543,3 milyon ton səviyyəsində ehtimal edilir. Bu, ötən ilə nisbətən 1,6 faiz çoxdur və əsasən əkin sahələrinin genişlənməsi ilə əlaqədardır.

FAO-nun 2025-ci il üçün buğda istehsalının həcmi üzrə proqnozu da ötən ayla müqayisədə dəyişməz qalaraq 895 milyon ton səviyyəsindədir. Bu rəqəm 2024-cü ilin yenidən nəzərdən keçirilmiş proqnoz ilə eynidir. Təşkilat bildirir ki, Avropa İttifaqında 2024-cü ildə əlverişsiz hava şəraiti səbəbindən buğda istehsalının azalmasından sonra 2025-ci ildə bu göstərici 12 faiz artacaq. Artım, həmçinin Argentina, Misir və Hindistanda da gözlənilir. Avstraliya, ABŞ və Yaxın Şərqin böyük bir hissəsində azalma proqnozlaşdırılır.

Cənub yarımkürəsində qarğıdalı istehsalına dair proqnozlar isə müxtəlifdir, belə ki, Braziliya və Cənubi Afrikada artım, Argentinada isə azalma gözlənilir.

Yenilənmiş proqnozlara əsasən, 2024–2025-ci illər mövsümündə dünya üzrə dənli bitkilərin istehlakı 2868 milyon ton təşkil edəcək ki, bu da 2023-2024-cü illər mövsümü ilə müqayisədə 0,9 faiz çoxdur. Artım düyü istehlakında yeni rekord səviyyəsi ilə bağlıdır.

2025-ci ilin kənd təsərrüfatı mövsümünün sonuna qədər dənli bitkilərin dünya üzrə ehtiyatları 1,5 faiz azalaraq 873,3 milyon ton təşkil edəcək. Bu azalma yemlik dənli bitkilər üzrə ehtiyatların kəskin azalması ilə əlaqəlidir. Əksinə, buğda və düyü ehtiyatlarının artacağı gözlənilir. FAO bildirir ki, yenidən nəzərdən keçirilmiş proqnozlara görə, dənli bitkilərin ehtiyat və istifadə nisbəti göstəricisi dünyada 2024–2025-ci illər mövsümündə 30,1 faiz olacaq ki, bu da əvvəlki ildən bir qədər aşağı olsa da, hələ də ümumilikdə kifayət qədər yüksək hesab olunur.

Təşkilat dünya üzrə 2024–2025-ci illərdə dənli bitkilərin ticarət proqnozunu da yenidən nəzərdən keçirib və onu 5,3 milyon ton azaldaraq 478,9 milyon tona endirib. Bu, 2023–2024 mövsümü ilə müqayisədə 6,7 faiz azdır. Bu göstərici 2019–2020-ci illərdən bəri ən aşağı səviyyədir. FAO vurğulayır ki, Çinin alışlarının azalması, xüsusilə yemlik dənli bitkilər və buğda üzrə ticarət proqnozlarının aşağı salınmasının əsas səbəblərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb