Fərrux Cumayev: Laçın Şəhəri Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
Laçın, 26 avqust, Gülay Nəzərova, AZƏRTAC
26 avqust - Laçın Şəhəri Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub. Bu il tədbirlər Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi çərçivəsində həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev deyib.
O bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd Laçının mədəniyyətini və tarixini daha geniş auditoriyaya təqdim etmək, gəncləri və incəsənət sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya toplamaqdır.
"Düşərgə çərçivəsində gənclərin nailiyyətləri barədə fikir mübadiləsi aparılacaq və gələcək layihələrin, yeni təşkilatların təşəkkülünə zəmin yaradılacaq. İki gün ərzində gənclərin Laçınla tanışlığı, şəhərin mədəniyyətini yaxından öyrənməsi, müxtəlif ustad dərslərində iştirakı planlaşdırılır. Bu dərslər əsasən memarlıq qrafikası, teatr və təsviri sənət sahələrini əhatə edəcək. Eyni zamanda gənclərin əsərlərindən ibarət sərgilər də nümayiş olunacaq", - deyə Fərrux Cumayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [17:27]
Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir
- 06.06.2026 [21:21]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]