Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fəzail İbrahimli: Güclü Azərbaycan öz haqqını dünyaya qəbul etdirdi

Fəzail İbrahimli: Güclü Azərbaycan öz haqqını dünyaya qəbul etdirdi

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın tam hərbi Qələbəsi ilə başa çatan 44 günlük savaşdan, baş nazir Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktından sonra üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən Ermənistanın bütün diplomatik və hərbi separatçılığı uğursuzluqla nəticələnir və ermənilər istədiklərinə nail ola bilmir, fiasko ilə üzləşməli olurlar. Azərbaycanın yaratdığı yeni reallıqları bütün dünyanın qəbul etmək məcburiyyətində olduğuna Ermənistan tərəfi hər dəfə şahid olur, amma görünür, ermənilər hər dəfə uğradıqları uğursuzluqdan, fiaskodan dərs ala bilmirlər. Son olaraq avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın haqlı olduğu bir daha sübuta yetirildi. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar olmaqla yanaşı, rəsmi İrəvanın ikiüzlülüyü də isbatlandı.

Bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli AZƏRTAC-a açıqlamasında deyib.

Ötən il dekabrın 20-də də Ermənistanın oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etdiyini xatırladan F.İbrahimli bildirib ki, həmin vaxt Təhlükəsizlik Şurası ermənilərin təklifini müzakirə etmiş, ancaq onların iddialarını yetərli saymamışdı. Bundan dərs götürməyən, haqsız mövqeyini dəyişməyən erməni diplomatiyası Laçın yolu ətrafında əsassız ajiotaj yaratmağa cəhd göstərdi, ondan siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdılar. Müzakirələrə qədər də bəlli idi ki, Ermənistanın hamilərinin dəstəyi ilə Azərbaycana müxtəlif istiqamətlərdə “hücum” planı nəticəsiz qalacaq. Baxmayaraq ki, Laçın yolunun başlanğıcına yaxın ərazidə Ermənistana məxsus yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri, nəhayət bu təxribatların ən piki - BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr vahid ssenarinin tərkib hissəsi kimi rəsmi Bakını geri oturtmaq məqsədi daşıyırdı. “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamış Ermənistan və hamilərinin məqsədi təbii ki, faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləmək məqsədi güdürdü. Lakin Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və erməni sevdalılarını geri oturtmağı bacardı.

Parlament sədrinin müavini vurğulayıb ki, erməni şovinizmi dünya birliyinin 30 il Azərbaycanın haqq davasına susqunluğunu hələ də xəyalında saxlayıb yenə öz ampulasında qalır. Ancaq bölgədəki geopolitik durum, tərəflərin güc balansı və beynəlxalq güclərin baxış bucağı xeyli dəyişib. Regionda Azərbaycanın təhlükəsizlik, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar fərqli situasiya yaradıb. Bu gün birmənalı şəkildə bölgənin söz sahibi Azərbaycandır. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi dünya gücləri, Avropa İttifaqı kimi beynəlxalq təşkilat, BMT-dən sonra ən çox dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı nəinki Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görüntülərinə inanmır, həm də açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Artıq beynəlxalq ictimaiyyət ermənilərin “yazıq, məzlum” sifətini görməkdən bezib. Odur ki, ermənilərin və havadarlarının bu “klassik” roldan çıxması zamanıdır. Çünki onların riyakarlıq maskası tamam yırtılıb. BMT Təhlükəsizlik Şurasının son iclasında beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının müzakirələri çərçivəsində Ermənistanın Qarabağda “aclıq şousu” təqdimatı ilə çağırdığı fövqəladə iclası nəticəsiz bitdi. Ermənistanı belə geniş ictimaiyyətə bu qədər riyakar, manipulyator və təcavüzkar ölkə kimi təqdim etmək üçün rəsmi Bakı bütün imkanlarından istifadə etdi. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əksəriyyətini ağıllandırmadısa, özlərinin istəyi ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilən toplantının nəticələri ermənilər üçün növbəti siqnal olmalıdır. Bugünkü reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər. Bu müzakirələrin yekunu həm də onu təsdiqlədi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır, yolu da o müəyyən edir. Dünya Qafqaz və bütövlükdə bölgə ilə bağlı Azərbaycanla hesablaşır və diktə edən tərəf rəsmi Bakıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib