FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən paytaxtda dezinfeksiya tədbirlərinə başlanılıb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN ) aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 28-dən etibarən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.