Filippin Prezidenti quraqlıq təhlükəsi ilə əlaqədar ölkə əhalisini şirin suya qənaət etməyə çağırıb
Bakı, 25 iyul, AZƏRTAC
Filippin Prezidenti Ferdinand Markos “El Nino” quraqlıq təhlükəsi səbəbindən ölkə əhalisini şirin suya qənaət etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, o, bunu bazar ertəsi “GMA News” telekanalı tərəfindən yayımlanan xalqa müraciəti zamanı deyib.
"Yaxın aylarda güclənəcək “El Nino”ya hazırlaşırıq. Hazırlıqlara başlamışıq, su təchizatını və suvarma avadanlığını yoxlamışıq. Quraqlıq təhlükəsinə hazırlaşmaq üçün xalqımızı suya qənaət etməyə çağırırıq”, - deyə o qeyd edib.
Filippin Prezidenti əlavə edib ki, ölkə üzrə 6000-dən çox yağış suyu yığan sistem quraşdırılıb. Eyni zamanda, hökumət su təchizatı layihələrinin həyata keçirilməsinə 270 milyon dollar ayırıb.
“El Nino” təbiət hadisəsi təxminən 2-7 ildən bir baş verir və adətən 9-12 ay davam edir. Bu təbiət hadisəsi Mərkəzi və Şərq tropik Sakit okeanında okean səthinin temperaturunun artması ilə əlaqədardır və şiddətli quraqlığa səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]