FİNLANDİYADA AZƏRBAYCANLI UŞAQLAR ÜÇÜN “HƏFTƏ SONU” MƏKTƏBİ AÇILMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan “Dostluq” cəmiyyətinin təşəbbüsü ilə Helsinki şəhərində azərbaycanlı uşaqlar üçün təsis edilmiş “Həftə sonu” məktəbinin açılışı olmuşdur. Məktəbin rəhbəri Arzu Muradlı mərasimdə bildirmişdir ki, bu təhsil ocağının yaradılmasından məqsəd doğma Vətəndən uzaqlarda böyüməkdə olan nəslə Ana dilimizi mükəmməl öyrətməkdən və xalqımızın adət-ənənələrini, tarixini, mədəniyyətini tədris etməkdir.
Məktəbdə 20 uşaq Azərbaycan dilini və ədəbiyyatını öyrənəcək, ölkəmizin tarixi və coğrafiyası, mədəniyyəti və müasir həyatı ilə bağlı bilgilərə yiyələnəcəkdir. Cəmiyyət gələcəkdə böyüklər üçün də bu cür məktəblərin açılması, Azərbaycan haqqında məlumatların Finlandiya ictimaiyyətinə çatdırılması, bu ölkədə fəaliyyət göstərən telekanallarda respublikamız haqqında verilişin hazırlanması, eyni zamanda Helsinkidəki milli kitabxanada Azərbaycan şöbəsinin yaradılması istiqamətində ciddi iş aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]