Finlandiyada doğum səviyyəsi tarixi minimuma enib
Bakı, 29 iyul, AZƏRTAC
Finlandiyada doğum səviyyəsi 2023-cü ilin ilk yarısında rekord səviyyədə aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, Finlandiya Statistika idarəsinin məlumatına görə, cari ilin altı ayında ölkədə 21 min 180 körpə dünyaya gəlib. Bu, illik ifadədə 1082 doğum azdır və statistikanın aparıldığı 1900-cu ildən bəri ən aşağı göstəricidir.
Finlandiyada doğum göstəricisi 1,87 əmsalının qeydə alındığı 2010-cu illərdən etibarən mütəmadi olaraq azalır. 2020-ci və 2021-ci pandemiya illərində yeni doğulan körpələrin sayında müvəqqəti artım qeydə alınsa da, 2022-ci ildən yenidən azalma başlayıb.
“Doğum sayında azalma bu il də davam edib. Son 12 ay ərzində (2022-ci ilin iyulundan 2023-cü ilin iyulunadək) ümumi doğum 1,28 əmsal təşkil edib. Bu, qeydə alınan ən aşağı göstəricidir”, - deyə Statistika idarəsinin press-relizində deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]