Finlandiyada elektrik enerjisi pulsuz olan binalar tikilir
Bakı, 5 mart, AZƏRTAC
Finlandiyada sakinlər üçün elektrik enerjisi havayı olan binaların tikintisinə başlanılıb. Bu cür evlərdə külək və günəş enerjisindən maksimal istifadə edən xüsusi avadanlıq quraşdırılıb ki, nəticədə elektrik və istilik sakinlərə pulsuz başa gəlir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, konseptual layihə rentabelli olduğundan Finlandiyada enerjidən asılılığı olmayan binaların inşasına maraq artmaqdadır. İlk belə ev Helsinkinin Aalto Universitetinin Arxitektura fakültəsinin tələbələri tərəfindən layihələndirilib.
Arxitektorların qarşısında duran əsas məsələlərdən biri də soyuq şimal şəraitində istilik itkisinin minimuma endirilməsi olduğundan, layihə zamanı əsas diqqət binanın xarici fasadına yönəldilib. Bu məqsədlə yüksək sıxlığa malik istilik izolyasiya edən elementlərdən istifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]