Finlandiyada ilk dəfə ekologiyanın mühafizəsi sahəsində vətəndaş təşəbbüsü irəli sürülüb
Helsinki, 17 may, AZƏRTAC
Finlandiyanın ekologiya təşkilatları dövlət meşələrində ağacların fasiləsiz qırılmasının qadağan olunmasını tələb edirlər. Bu, Finlandiyanın tarixində ekoloji mövzu ilə bağlı ilk vətəndaş təşəbbüsüdür.
Parlamentə təqdim edilməsi nəzərdə tutulan bu təşəbbüsün arxasında beş təbiəti mühafizə təşkilatı - Finlandiya Təbiəti Mühafizə İttifaqı, Qrinpis, “BirdLife”, “Luonto-Luitto” və “Natur och Miljö” dayanırlar.
Finlandiyada meşələrin təqribən 60 faizi şəxsi mülkiyyət sayılır. Təşəbbüs dövlətin sərəncamında olan meşələrə şamil olunur.
Təşkilatlar ağacların fasiləsiz qırılmasına qadağa qoyulmasını Finlandiya meşələrində biomüxtəlifliyin qorunub saxlanılmasının, iqlim dəyişmələrinə qarşı mübarizənin, habelə turizm səyahətlərinə, giləmeyvə və göbələk toplanmasına əlverişli şəraitin yaradılmasının zəruri olması ilə əsaslandırırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]