Fövqəladə hallar naziri Gəncədə vətəndaşları qəbul edib VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncədə bu şəhərin, eləcə də Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 402, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və FHN-in müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.