“France Presse” agentliyi “Twitter”i məhkəməyə verib
Bakı, 3 avqust, AZƏRTAC
“France Presse” agentliyi müəllif hüquqlarını pozduğuna görə “Twitter”i məhkəməyə verib.
AZƏRTAC xəbər verir ki, “France Presse”in yaydığı kommünikeyə görə, agentlik onun materiallarından istifadə edən “Twitter”dən bunun əvəzini tələb etmək niyyətindədir. Lakin sosial şəbəkə “bununla bağlı müraciətlərə məhəl qoymayıb”.
Agentliyin qeyd etdiyi kimi, əvvəllər Fransa mediası, o cümlədən AFP, materiallarının istifadəsi üçün “Google”dan məhkəmə yolu ilə təzminat alıb. Ancaq kompensasiyanın məbləği açıqlanmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]