FRANKFURT BEYNƏLXALQ HAVA LİMANI BÜDCƏ GƏLİRİNİ ÜÇQAT ARTIRMIŞDIR
Bu barədə Fraport konserninin idarə rəhbərliyi bildirir. Bu hava limanı vasitəsilə təkcə iyul ayında 5,09 milyon nəfər sərnişin daşınmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Hava limanı yükdaşımalarının da həcmini artırmış və xeyli gəlir əldə etmişdir. Konsern cari ilin iyul ayında yükdaşıma gücünü 9,5 faiz artırmış, hava yollları ilə dünyanın müxtəlif istiqamətlərinə 173 min 360 ton yük daşımışdır.