FRANSADA “CAPPELLE LA GRANDE” ŞAHMAT FESTİVALI KEÇİRİLİR
Bakı, 2 mart (AZƏRTAC). Fransada keçirilən ənənəvi «Cappelle La Grande» şahmat festivalında ikinci turun görüşləri keçirilmişdir. 600 şahmatçının iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Rəşad Babayev qələbə qazanmışdır. Şahmatçımız fransız Bertrand Valueti məğlub etmişdir.
Digər iki şahmatıçımız isə ikinci turu heç-heçə ilə başa vurmuşlar. Nicat Məmmədov erməni Oqanes Danielyan, Ülvi Bacarani isə ukraynalı Yuri Drozdovski ilə heç-heçə oynamışlar. İki turdan sonra aktivində 1,5 xalı olan Nicat Məmmədov 14-cü, Rəşad Babayev isə 17-ci yerdə qərarlaşmışlar. Cəmi 1 xalı olan Ülvi Bacarani isə 66-cı yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]