Fransada Makronu Kim Çen Inla müqayisə edirlər
Bakı, 5 iyul, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun “lazım gələrsə sosial mediaya girişin bloklana biləcəyi” ilə bağlı açıqlaması kəskin etirazlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, “Boyun əyməyən Fransa” partiyasının parlament qrupunun sədr müavini Mathilde Panot özünün tviter səhifəsində Makronun açıqlaması barədə xəbəri sitat gətirərək Fransa Prezidentini Şimali Koreya lideri Kim Çen Inla müqayisə edib.
Fransız deputat Olivier Marleix isə etirazını bu sözlərlə ifadə edib: “Sosial media şəbəkələrinə girişi kəsmək? Çin, İran, Şimali Koreya kimi?”. O, həmçinin vurğulayıb ki, Makron bu açıqlamaları ilə diqqəti yayındırmaq istəyir.
Sosial mediadakı şərhlərdə də Makrona sərt etiraz bildirilir. Məsələn tviterdə çoxsaylı izləyicisi olan istifadəçilərdən biri belə yazıb: “Makron hər şeyə qərar vermək istəyir, amma heç nəyə görə məsuliyyət daşımaq istəmir. Məncə, o, vəzifəsinin mahiyyətini o qədər də yaxşı anlamır”.
Emmanuel Makronun sosial media senzurasına yönəlmiş çıxışı ölkə mətbuatında ən çox danışılan mövzulardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]