Fransada son sutkada koronavirusdan 379 ölüm faktı qeydə alınıb
Paris, 2 mart, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasından 379 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, xəstəxanada 25 430 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan virus xəstələrinin sayı artaraq 3 554-ə çatıb.
Pandemiya başlayandan 3 760 671 yoluxma aşkarlanıb. Koronavirus qurbanlarının ümumi sayı 86 829-a çatıb.
Virusun yeni ştammlarına yoluxma sayının artması qarşısında hökumət yerli təcridolma rejimi tətbiq edib. Ölkənin 20 departamentində, eləcə də Paris, Lyon və Marsel şəhərlərində gücləndirilmiş nəzarət tətbiq edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]