Fransada yeddi idman federasiyasının rəhbərləri yalan ifadə verməkdə ittiham olunur
Paris, 17 yanvar, AZƏRTAC
Paris prokurorluğu parlament araşdırma komissiyasına yalan ifadə verməkdə şübhəli bilinən 7 idman federasiyasının prezidentlərinə qarşı təhqiqata başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Paris prokurorluğundan “France Presse” agentliyinə məlumat verilib.
Bildirilib ki, bu barədə müraciət Milli Assambleyanın bir neçə ay ərzində idman federasiyalarının uğursuzluqları, eləcə də gender problemləri və cinsi zorakılıq halları, irqçiliklə mübarizə, maliyyə idarəçiliyi ilə bağlı bir sıra dinləmələr aparan araşdırma komissiyasının üzvləri tərəfindən daxil olub.
Fransa Tennis Federasiyası (FFT) prezidentinin maliyyə məsələləri ilə bağlı bir neçə açıqlamasına görə xüsusilə hədəfə alındığı qeyd edilib. Həmçinin onun korrupsiya və dövlət əmlakının mənimsənilməsi əməllərində də ittiham olunduğu deyilir.
Digər federasiyaların prezidentləri isə gender əsaslı və cinsi zorakılıq aktlarını bildikləri halda bu barədə tədbir görməməkdə ittiham olunurlar. Bunlar Atçılıq (FFE), Buz idmanları (FFSG), Cüdo və Əlaqəli Növlər (FFJDA) federasiyalarının keçmiş rəhbərləri, Beynəlxalq Cüdo Federasiyasının hazırkı baş katibi, Fransa Futbol Federasiyasının (FFF) hüquq departamentinin direktoru və Milli İdman, Ekspertiza və Performans İnstitutunun (Insep) baş direktorudur. Fransa Kikboksinq, Muay-tay və Əlaqəli Növlər Federasiyasının (FFKMDA) prezidenti barəsində də sorğuların olduğu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]