Fransız məmurun məhkəmə işinə yeni elementlər əlavə edilib
Paris, 21 avqust, AZƏRTAC
Sosialist müxalifət qrupu Overn-Ron-Alp (Auvergne-Rhône-Alpes) Regionu Şurasının sədri Loran Vokyenin (Laurent Wauquiez) rəy sorğusuna dair “Mediascopie” tədqiqat şirkəti ilə bağladığı müqavilə üçün Milli Maliyyə Prokurorluğuna məlumat verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə regionda, sonradan Parisdə bahalı naharlara həddindən artıq dövlət vəsaiti xərcləməsi ilə əlaqədar məhkəməyə verilmiş Loren Vokye bu dəfə özü haqqında təşkil etdiyi rəy sorğusu üçün yenidən dövlət vəsaitindən faydalanıb. Respublikaçıların liderinin imicinə dair araşdırma ilə bağlı hələ rəsmi dərc olunmamış hesabat Milli Maliyyə Prokurorluğuna (PNF) təqdim olunub. Regional Auditorlar Məhkəməsinin bahalı naharların vurğulandığı hesabatında “Mediascopie” araşdırma şirkəti ilə bağlanılan müqaviləyə diqqət yetirilib.
Şirkət Loran Vokyenin müxtəlif media qurumlarına verdiyi müsahibələrin təsirini real vaxtda təhlil etməli olub. “Lyon Capitale” tərəfindən onlayn yayımlanan hesabatın bir versiyasına görə, 2021-ci ilin martında “Mediascopie” 6 min avro müqavilə qarşılığında BFMTV-də verilən şərhlərin təsirini təhlil edib.
Bildirilir ki, bu araşdırma L.Vokye üçün şəxsi siyasi marağı əks etdirir. Bundan sonra sosialistlər PNF-ə yazaraq bu yeni elementləri də 2022-ci ildə dövlət hesabına təşkil olunan dəbdəbəli şam yeməyi ilə bağlı açılan istintaqa daxil etmək tələbi irəli sürüblər. PNF, həmçinin Regional Şurada ehtimal olunan uydurma missiya meneceri işləri ilə diqqətlə maraqlanır.
İyulda keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı Respublikaçıların deputatı seçilən L.Vokye bir neçə mandatın olmaması ilə bağlı qaydalara əsasən, tezliklə Regional Şuranın sədrliyindən istefa verməlidir.