Fransızlar Niameydən qaçaraq təxliyə edilmələrinə təəccüblənirlər
Paris, 2 avqust, AZƏRTAC
Nigerdən fransız vətəndaşlarının təxliyəsi başlanıb. Göyərtəsində 262 fransız və digər ölkələrin vətəndaşları olan A330 təyyarəsi bu gecə yerli vaxtla saat 2:30-da Roissy-Charles-de-Gaulle aeroportuna enib.
AZƏRTAC xəbər verir ki, yerli mətbuata müsahibələrində bu insanlar təxliyənin bu qədər tələskən aparılmasından təəccüblənərək, Niamey şəhərində xüsusi gərginlik olmadığını bildiriblər. Qeyd ediblər ki, həmişə olduğu kimi, əhali gündəlik işini davam edir, heç bir təhlükə yoxdur və olacağı da gözlənilmir.
Qeyd edək ki, avqustun 1-də Fransa Xarici İşlər Nazirliyi kommunikesində Niameydə vəziyyətin yaxşı olmadığını, səfirliyə qarşı zorakılıq aktı törədildiyini və hava məkanının bağlandığını bildirərək, vətəndaşlarının təxliyəsinə hazırlaşdığını bəyan etmişdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]