Fuad Muradov: Şuşada birgə bəyanatımız qəbul olunacaq
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda birgə bəyanatımız qəbul olunacaq. Tədbirdə gələn ilin fəaliyyət planını müzakirə edəcəyik. Həmçinin Forumda iştirak edən ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyətinin nədən ibarət olması əsas mövzulardandır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.
O qeyd edib ki, gələcəkdə Türk Dövlətləri Təşkilatının diaspor qurumlarının birgə fəaliyyətinin istiqaməti həm qurumlar, həm də diaspor olaraq müzakirə olunacaq.