Fuad Nağıyev: Qarabağın turizm potensialını yenidən qiymətləndiririk
Bakı, 3 noyabr, AZƏRTAC
Dövlət Turizm Agentliyi olaraq noyabrın 16-dan etibarən Azərbaycan Turizm Bürosu və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə Qarabağın turizm potensialı ilə bağlı vebinarlara start verəcəyik. Vebinarlar Qarabağ xalçası, Alban məbədləri, Qarabağın qastronomiya və şərabçılıq üzrə potensialı, flora və fauna ehtiyatları, etnoqrafik məqamlar və digər mövzuları əhatə edəcək. Ümumilikdə, hər biri 2 saat olmaqla 12 mövzu nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev özünün “Facebook” hesabında yazıb.
Qurumun rəhbəri qeyd edib ki, müraciət etmək istəyənlər noyabrın 10-dək mövzu bölməsinə “Qarabağ” yazmaqla ad, soyad və əlaqə nömrəsini qeyd edərək [email protected] e-poçt ünvanına məktub yaza bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]