Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Bakı, 17 yanvar, AZƏRTAC
Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb.
Azərbaycan Futzal Federasiyasından (AFF) AZƏRTAC-a verilən məlumata görə, Yüksək Liqanın 6, I Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib bir oyunda müəyyənləşəcək.
Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcəklər. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq.
Bu mərhələnin oyunları fevralın 10-11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
1/8 final
“Baku Fire” - “Dalğa”
“Araz-Naxçıvan” - “Record club”
PFL - “Metropoliten”
“Neftçi” İK - “Timsport”
“STAR kargo” - “Yasamal Bakı”
“Trabzon Azərbaycan” - “Bakı”
“Xan-Lənkəran”- “Baku Fire-2”
“Dəstə Ordubad” - U-19
1/4 final
“Baku Fire” - “Dalğa” // “Dəstə Ordubad” - U-19
“Araz-Naxçıvan” - “Record club” // “Xan-Lənkəran” - “Baku Fire-2”
PFL - “Metropoliten” // “Trabzon Azərbaycan” - “Bakı”
“Neftçi” İK - “Timsport” // “STAR kargo” - “Yasamal Bakı”
1/2 final
“Baku Fire” - “Dalğa” // “Dəstə Ordubad” - U-19 // “Neftçi” İK - “Timsport”// “STAR kargo” - “Yasamal Bakı”
“Araz-Naxçıvan” - “Record club” // “Xan-Lənkəran” - “Baku Fire-2” // PFL - “Metropoliten” // “Trabzon Azərbaycan” - “Bakı”