Futzal üzrə Azərbaycan Tələbə Liqasında qrup mərhələsinə yekun vurulub






Bakı, 21 aprel, AZƏRTAC
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümündə II dövrənin qrup oyunları başa çatıb.
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası ilə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti ilə Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və AFFA-nın dəstəyi ilə keçirilir. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkarlanması, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir. On iki ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [20:07]
Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb
- 12.05.2025 [20:06]
UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb
- 12.05.2025 [19:36]
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub
- 12.05.2025 [18:16]
“Barselona” baş məşqçisi ilə yeni müqavilə barədə razılığa gəlib
- 12.05.2025 [17:51]
Azərbaycan U-21 millisi Belarus və Monteneqro ilə qarşılaşacaq
- 12.05.2025 [17:19]
“Barselona” polşalı qapıçısına ikiillik müqavilə təklif edib
- 12.05.2025 [15:11]