Füzuli rayonunun Aşağı Güzlək kəndi FOTO
Bakı, 14 yanvar, AZƏRTAC
Füzuli rayonunun Aşağı Güzlək kəndi eyni adlı inzibati ərazi vahidində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub.
Kənd 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Güzlək kəndinin görüntülərini təqdim edir.