Füzuli rayonunun Ələsgərli kəndi FOTO
Bakı, 8 yanvar, AZƏRTAC
Füzuli rayonunun Ələsgərli kəndi eyni adlı inzibati ərazi vahidində, dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Ələsgərli kəndinin görüntülərini təqdim edir.